Free Azerbaijan

All the news you need and more

DQ ermənilərinin ehtimal olunan yeni lideri Arutyunyan açıq-aşkar Azərbaycan fobiyası ilə səciyyələnir

Qarabağda 31 mart “seçkilərinin” ilkin nəticələri açıqlanmasa da, artıq namizədlərdən heç birinin 50%+1 səs qazana bilməyəcəyi aydın olur, bu da o deməkdir ki, seçkilərin ikinci mərhələsi keçiriləcək. Bu barədə DQ-də müşahidəçilik missiyası həyata keçirən “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan öz Facebook səhifəsində yazıb. 

“8 dairə seçki komissiyasının hamısında olan müşahidəçilərimizdən aldığımız cədvəllər və hesablamalar prezidentliyə namizədlərdən heç birinin səslərin 50 faizini qazanmadığını göstərir və aprelin 14-də ikinci mərhələ olacaq (epidemioloji nəticələr barədə danışmıram). Qeyd etmək lazımdır ki, səslərin sayılması zamanı bu rəqəmlər dəyişə bilər, bizim hesablamamıza görə, namizədlərdən Araik Arutyunyanın 50% səs alması üşün çox az sayda səs çatışmayıb”, deyə İoannisyan qeyd edib. 

Seçkilərin ilkin nəticələrinin bu gün axşam saat 20.00-da açıqlanacağı gözlənilir. 

Dağlıq Qarabağa 2007-ci ilin sentyabrından 2017-ci ilin sentyabrına qədər “DQR-in baş naziri” vəzifəsini tutmuş Araik Arutyunyanın rəhbərlik edəcəyi çox az şübhə doğurur. 2017-ci il sentyabrın 25-dən o, “DQR-in dövlət naziri”dir.

Arutyunyanın seçkiqabağı platformasında açıq-aşkar anti-Azərbaycan ritorikası diqqət çəkir. Araik Arutyunyan üçün Azərbaycan-Qarabağ münaqişəsinin Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən müzakirə olunan və Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat konfransında açıqladığı nizamlanma variantı qəbuledilməzdir. Arutyunyan bu barədə Paşinyanın “DQ prezidenti” vəzifəsinə bütün namizədlərə ünvanlanmış çağırışına cavab olaraq öz Facebook səhifəsində bildirib. 

“Prezident seçildikdən sonra biz DQ Konstitusiyasında təsbit edilmiş bütün ərazilərin çiçəklənən rayonlara çevrilməsi üçün gücümüzü və enerjimizi əsirgəməyəcəyik. Bu barədə bu gün Vorotanlılarla görüşdə bildirdim və fürsətdən istifadə edərək, bunu bütün ermənilərə və bütün dünyaya bildirirəm”, deyə Arutyunyan yazıb. 

Azərbaycanın erməni ordusu tərəfindən işğal edilmiş Qubadlı rayonunu ermənilər Vorotan adlandırır.

Хотя предварительные итоги выборов в Карабахе  от 31 марта не оглашены, однако уже становится понятно,  что кому-либо из кандидатов не удастся набрать 50+1 голосов, что означает, что в  состоится второй тур выборов.  Об этом сообщил на своей странице  в  Фейсбук координатор программ общественной организации «Объединение информированных граждан», осуществляющей наблюдательскую миссию в НК, Даниел Иоаннисян.

“Таблицы и подсчеты, полученные от наших наблюдателей во всех 8 окружных избирательных комиссиях свидетельствуют о том, что кто-либо из кандидатов в президенты не набрал 50 процентов голосов и 14 апреля будет второй тур (не говорю о его эпидемиологических последствиях).  Надо заметить, что эти цифры могут измениться во время пересчета голосов, а из кандидатов Араику Арутюняну по нашим подсчетам не хватило незначительного количества голосов для того, чтобы набрать 50 процентов», – отметил Иоаннисян.

Ожидается, что предварительные итоги выборов будут оглашены сегодня вечером в 20.00 часов.

Мало сомнений в том, что Нагорным Карабахом будет руководить Араик Арутюнян, занимавший посты “премьер-министра НКР” с сентября 2007 по сентябрь 2017 года. С 25 сентября 2017 года  он “государственный министр НКР”.

В предвыборной платформе Арутюняна  заметна открытая антиазербайджанская риторика. Для Араика Арутюняна вариант урегулирования азербайджано-карабахского конфликта, который обсуждался прежними властями Армении и  изложенный в ходе пресс-конференции премьер-министром Армении Никол Пашиняном – неприемлем. Oб этом Арутюнян написал на своей странице в Facebook, отвечая на призыв Пашиняна, обращенный ко всем кандидатам в “президенты НК”.

“После избрания президентом, мы не пожалеем сил и энергии, чтобы все территории, закрепленные Конституцией НК, стали процветающими районами. Об этом я сегодня говорил во время встречи с воротанцами, и, пользуясь случаем, говорю это всему армянству и всему миру”, – написал Арутюнян.

Захваченный армянской армией азербайджанский город Губатлы армяне называют Воротаном.