Free Azerbaijan

All the news you need and more

Operativ Qərargah – 61 yeni koronavirusa yoluxma faktı

Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Bu barədə Operativ Qərargahın 1 aprel tarixli xəbərində deyilir.

“Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılmışdır”, deyə xəbərdə bildirilir.