Free Azerbaijan

All the news you need and more

Yürüş etiraz aksiyasına çevrildi: Müharibə olacaqmı?

Dünən gecə gec saatlarında vətəndaşlarımız Bakı küçələrində Azərbaycan ordusuna dəstəkləmək və müharibə tələbəb etmək məqsədilə yürüş keçiriblər.  Yürüşdə “Ermənilər ölüm”, Qarabağ bizimdir” “Müharibə istəyirik” şüarları səsləndilirilb. Yürüşdə işyurak edənlərin sayı bir minlərlə adama çatmışdı. Qeyd edək ki, yürüş başlayanda polis müdaxilə etmirdi, lakin gücə saat 2 radələrində vətəndaşları evlərinə qayıdmağa çağırdılar. Polis tərəfindən müdaxilə olunmaması sübut edir ki, əgər hakimiyyət yürüşü təşkil etməyibsə xarici propaqanda məqsədilə ən azı mitinq keçirməyə izacə verib. Bu hadisə həm miqyas  həm də etirazçılar tərəfindən Milli Məclisin binasına daxil olunması baxımından misli görünməmişdir. Yürüşün akiiaya çevrilməsindən sonra vəziyyətin nəzarətdən çıxmasına thədid yaranıb.  Aksiyaçılar milli, dini və sosyal məsələri bahədə şüarlar səsləndiriblər.  Milli Məclisdə Baş Qərargah rəisi  Nəcməddin Sadikov və Müdafiə Naziri Zakir həsənovun istefa tələblərinin səsləndirilməsi  hakimiyyəti vəziyyətin öz nəticələri ilə dərk etməyə vadar edib. Aksiyanı dağıtmaq üçün polis su şırnaqlarında, dəyənəklərdın, gözardıcı qazdan və rezin güllələrdən istifadə edib. Bütün bunlara baxmayaraq, aksiyanı ancaq saat 5 radələrində dağıtmaq mümkün olub.

Şübhəsizdir ki, bu aksiya real müharibə məqsədini reallaşdırmadı amma Milli Məclisi ələ keçirmək Qarabağı azad etməkdən asandır. Çünki hakimiyyətimiz ilk növbədə işğal altında olan torpaqlarlmızı azad etməyə can atmır. Əlbəttə, biz insanlarımızın vətənpərvərliyini alqışlayırıq. Onlar Koronavirus xəstəlitnə, işsizliyə, sosyal-iqtisadi vəziyyətə baxmayaraq küçəyə çıxıb orudumuza dəstək veriblər. Lakin məyusedici haldır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qeydiyyat haqqında bəyan etdikdən sonra onlar vaz keçib meydanı tərk ediblər. Təəssüf edirik ki, ölkmiz ancaq sözdə güclüdür, sözü işə çevirmək vaxtı gələndə isə hamı susur.