Free Azerbaijan

All the news you need and more

“Şənbə günü səhər Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi idarələrinin qarşılıqlı münasibətləri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”,- bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə məlumat verib.Bundan başqa, onun sözlərinə görə, Şoyqu Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.Yeri gəlmişkən, Ermənistanın müdafiə nazirinin bu günləri, müdafiə naziri Dergey Şoyqu daxil olmaqla, Rusiya Federasiyasının hərbi və müdafiə nümayəndələrindən heç biri ilə telefon danışığı olmayıb.Bizdə olan faktlar bunlardır, bütün bunlardan biz hansı nəticələri çıxara bilərik?Məlumatda bildirilir ki, telefon danışığı Bakının təşəbbüsü ilə olub və qəfil yoxlamalar heç bir halda Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrlə bağlı deyil.Bütün bunlardan nəticə çıxara bilərik ki, “Bakının təşəbbüsü ilə” söz birləşməsi ondan xəbər verir ki, Azərbaycan tərəfi, başda Zakir Həsənov olmaqla öz səhvini qəbul edib. Belə ki, iyun ayının sonunda müsahibəsində Zakir Həsənov bildirmişdi ki, 2016-ci ilin aprel ayında Sergey Şoyqu şəxsən zəng edib döyüşlərin dayandırmasını xahiş etmişdi. Xatırladaq ki, sözügedən müsahibədən sonra Rusiya tərəfi Əliyevə öz sərt etirazını bildirmişdi.“Qəfil yoxlamalar heç bir halda Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrlə bağlı deyil” cümləsi, tam əksini deyir, həmçinin Rusiya prezidentinin Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan arasında eskalasiyanın müzakirə etməsi eyninisi sübut edir.Türkiyədən tam dəstək aldığı halda Azərbaycan Müdafiə nazirinin Rusiya müdafiə naziri ilə telefon danışığına ehtiyac duyması ondan xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər ölkəmiz üçün çöküşə səbəb olub.İnsan tələfatı və maddi itkilərimiz heç bir halda prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənva maraqlandırmır. Onlara daha çox öz imicləri maraqlıdır və bu dəfə bu, baha başa gəlib.Biz illər boyu ordumuzun yüksək peşəkarlığı və döyüş hazırlığı, böyük miqdarda və keyfiyyatlı silahlarımız haqqında eşidirik. İki həftə ərzində Qarabağı işğaldan azad edə bilərik bəyanatlarına şahid oluruq. Halbuki 7 gündür ki, sərhəddə yerləşən cəmi bir döyüş mövqeyimizi geri götürə bilmirik. Müdafiə naziri Zakir Həsənov az qala hər gün bəyan edir ki, ordumuz Qarabağı azad etməyə hazırdır və bunun üçün yalnız əmr gözləyir. Yaxşı bəs nəticə haradadır?Biz yoxsul və ac Ermənistanda nə görürük? Onların müdafiə naziri Davit Tonoyan özünə o qədər güvənir ki, bu müddət ərzində bir dəfə də olsa nə rusiyalı həmkarına nə də KTMT qərargahına zəng edib. Bu, Ermənistan Silahlı Qüvvələrinin özünü təmin etməsi və qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə qadir olması deməkdirmi?! Hətta Türkiyə rəhbərliyinin ölkəmizə, hərbi yardım göstərməyə hazır olduqları barədə açıqlamasına Ermənistan hərbi rəhbərliyi və xüsusən də müdafiə naziri əhəmiyyət verməyib. Tonoyanın bu cür “davranışının” Rusiya tərəfini qıcıqlandıra biləcəyi istisna edilmir, lakin eyni zamanda bu, Rusiyanin hörmətini də qazandıra bilər.Zakir Həsənovdan fərqli olaraq erməni müdafiə naziri yalnız bir dəfə çıxış edib və deyib ki, yeni müharibə yeni ərazilər deməkdir, və gördüyünüz kimi nəticə ortadadır.Və belə bir vəziyyətdə Bakı gözləyir ümid edir ki, Tonoyan Moskvaya zəng edəcək. Hamımız birlikdə nəticə çıxarıb etiraf etməliyik: təəssüflər olsun, amma artıq hərbi-siyasi rəhbərimizin sözlərinə diqqət yetirməyə dəyməz.