Free Azerbaijan

All the news you need and more

Cəmiyyətimizə mehribançılıq gətirən Mehriban xanım Əliyava

Son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı Azərbaycan xalqı ən çox həmrəyliyə, birliyə ehtiyac duydu. Çətin vəziyyətlərdə xalqı birləşdirən, xalqın öz içindən seçdiyi rəhbərdir. Şübhəsizdir ki, xalqı qələbəyə aparanlar elə həmin xalqın öndəri, müasir dünya quruluşu təbrincə desək – prezidentdir.

Əfsusular olsun ki, vətənimiz Azərbaycan növbəti dəfə erməni təcəvüzünə məruz qaldığı bir zaman hakimiyyəti atasından miras götürmüş prezident İlham Əliyev nəinki xalqımızı birləşdirməyə, mobilizasiya etməyə səy göstərmiş, əksinə Azərbaycan xalqını onun keçmişini yenə də bölməyə, gözdən salmağa cəhd etmişdir. Azərbaycan əsgəri, Azərbaycaninsanı mənfur düşmənimizilə dövlət sərhədində ölüm-dirim savaşı apararkən İlham Əliyev Prezident İqamətgahından keçmiş prezidenti təhqir edib Azərbaycanın şanlı tarixini utancverici adlandırdı. Bu, əlbəttə, onsuz da parçalanmış cəmiyyəti daha da böləcək, sadə insanları dövlətdən daha da uzaqlaşdıracaq. Qənaətimizcə, İlham Əliyev xalqı bilərəkdən bölür ki, daha asan nəzarət etsin, ya da yuxarıda qeyd etdiyimiz mühüm məqamları dərk etməyib dövlətiçilimizi uçuruma aparır.

İlham Əliyevdən fərqli olaraq Mehriban Əliyeva Azərbaycan xalqını tək qoymadı, əksinə bu çətin vəziyyətdə xalqımızı birliyə səslənən elə birinci vitese-prezident Mehriban Əliyeva olub. Mehriban Əliyeva ilk dəfə deyil ki, öz müdrikliyi, uzaqgörənliyi ilə xalqımızı çətin durumlardan xilas edib. Mehriban Əliyeva dövlətçilik prinsipləri başa düşərək Azərbaycan xalqını nəinki yalan vətənpərvərlikdə ittiham eləyib düşmənə birbaşa mesaj göndərib bildirdi ki, biz xalq olaraq Azərbaycan əsgərinin gücünə arxalanın Qarabağı azad edəcəyik. Mehriban Əliyeva həmişə öz qayğıkeşliyi, mehirbanlığı və xeyirxahlığı ilə seçilib. Təsadüfi deyil ki, son döyüşlərdə şəhid olan hərbçilərimizin ailələrinin qayğısında ilk növbədə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu durub.

Son dövrdə hakimiyyətin kulislərində Mehriban xanım Əliyevanın yaxın gələcəkdə prezident olacağı haqqında gərgin müzakirələr gedir. Son sınaq bir daha sübut etdi ki, Mehriban xanım Əliyeva xalqımızı arxasınca aparmağa tam qadir və layiqli namizəddir. Azərbaycan millətinin vahid olması, birləşməsi üçün Mehriban Əliyeva kimi öndərə ehtiyac var. Xalq onun ətrafına birləşsə daxili və xarici çağrışlara asanlıqla qalib gələ bilər. Hətta iddia etmək olar ki, keçən müddət ərzində ölkəmizi Mehriban Əliyeva idarə etsəydi Qarabağ məsələsi həll olunardı. Amma qara qüvvələrə, beşinci kalona bu sərf etmədi….