Free Azerbaijan

All the news you need and more

İlham Əliyev etməli idi amma etmədi

İlham Əliyev generalın cənazəsi ata evinə gətirilən gün Qəbələdə idi, villasında dincəlirdi, baş çəkməli idi, çəkmədi.

İlham Əliyev general Polad Həşimovun dəfn mərasimində dövlət səviyyəsində iştirak etməli idi, etmədi, əvəzində tv-də kolbasa-araqdan danışdı.

İlham Əliyev ötən gün yenə generalın kəndi Vəndamda idi, “ostanovka” açılışına getdi amma evini yenə ziyarət etmədi.

İlham Əliyev generalın şəhid olmasının araşdırılması üçün ilk gün xüsusi tapşırıq verməli, varsa günahkarlar cəzalandırılmalı idi, hələ də gec deyil, etməlidir. Çünki şübhəli məqamlar var.

İlham Əliyev müstəqillik tarixində, hərbi əməliyyat zamanı şəhid edilən ilk general Polad Həşimova milli qəhrəman adı verməlidir. Poladın Aprel döyüşləri zamanı və ümumilikdə hərbi vəzifəsi zamanı göstərdiyi şücaətlərə görə.

İndi İlham Əliyev Qəbələdə küçələrdən birinə general Polad Həşimovun adının verilməsi üçün göstəriş verib. Gözəl. Bütün hökümət mediaları bəh-bəhlə paylaşır. Demirəm paylaşmasınlar amma yanında bunlar da qeyd edilməlidir, tələb edilməlidir. Jurnalistika məddahlıq üçün peşə deyil, ən əsası sorğulamaq üçün, həqiqətləri yazmaq üçün dördüncü hakimiyyətdir. Özünüzü kralın mütrübü kimi aparmayın.