Free Azerbaijan

All the news you need and more

Bəzən çətin dövrlərdə və dolğun məlumatın olmaması halında sonrakı hərəkətləri və bəlkə də nəticəni proqnozlaşdırmaq üçün gizli proseslərin, hadisələrin zəncir bağlantısını qurmaq lazım gəlir.

Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi üçün sentyabrın 27-də  başlanmış əməliyyatlar çərçivəsində Azərbaycan ordusunun uğurları oktyabrın 30-dək aşağıdakı prinsiplər üzrə Minsk danışıqlar prosesini dağıtdı: Dağlıq Qarabağın Bakıda müstəqilliyinin müqabilində 7 rayon.

Bu tarixə qədər Azərbaycan erməni ordsunu məhv edərək ardıcıl şəkildə öz ərazilərini geri alıb (və alır).

Ermənistanın Rusiya və Qərbin dəstəyini almaq, onları münaqişəyə cəlb etmək üçün bütün çaxnaşmalı cəhdləri bu müddətədək iflasa uğradı. Bu məsələdə son nöqtəni Rusiya prezidenti Vladimir Putin qoydu.

Azərbaycan etnik münaqişəyə aidiyyatı olmayan yeddi rayonu geri qaytarmaq, daha sonra isə Dağlıq Qarabağın mənsubluğu ilə məşğul olmaq hüququna israr edir. Hər kəsin öz həqiqəti var. Burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb”, – o, oktyabrın 29-da “VTB Kapital” “Rossiya zovyot!” investisiya forumunun iclasında deyib.

Bu, Putinin Ermənistanın ümidsiz baş naziri Nikol Paşinyanın yardım məktubuna açıq cavabı idi.

Paşinyan və onun elektoratı Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edən İlham Əliyevin sülh şərtini qəti şəkildə rədd edirlər.

Qarabağ münaqişəsində təcrübəsi olan Ermənistanın ilk prezidenti  Levon Ter-Petrosyan Putinin bəyanatını Əliyevin tələblərinə baxılmasına dəvət kimi qiymətləndirib.

Bir gün sonra, noyabrın 1-də xarici işlər naziri Mövlut Çavuşoğlu Bakıya qısamüddətli səfərə gəlib. O, prezident İlham Əliyevlə onun şəhər ətrafındakı iqamətgahında söhbət aparıb. 

Görüş haqda məlumat geniş olmasa da Əliyevin öz mövqeyinin dəyişməz olması barədə qısa açıq bəyanatı onun Yerevandan narazılığını göstərib.

Növbəti gün, noyabrın 2-də Ərdoğana yaxın olan keçmiş baş nazir Binəli Yıldırım Əliyevlə görüşə gəlib. Bu görüş də yarıməxfilik şəraitində keçirilib.

Və nəhayət, prezident Putin növbə ilə Paşinyanla (1 noyabr) və  Əliyev ilə (2 noyabr) Qarabağ münaqişəsinin nizamlanması barədə “ətraflı” danışıb. Kremlin mətbuat xidmətinin 2 noyabr saat 22.20-də yaydığı məlumat ondan xəbər verir ki, söhbət Əliyevin Ərdoğanın şəxsi nümayədəsilə görüşündən sonra baş tutub. 

Bu, o demək ola bilər ki, münaqişənin hazırkı fazasının əsas moderatoru kimi Türkiyə və Rusiya Yerevandan Əliyev üçün hansısa təklif alıblar.

Noyabrın 3-də Əliyev aşağıdakı tviti yazıb: “Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünməyə və bu qərara gəlməyə məcbur edəcək. Amma bunun əksini görürük”.

Bu kontekstdə görünür ki, Əliyev artıq təkid etmir, hesab edir ki, münaqişə hərbidən siyasi relslərə keçməlidir. Amma onun bəyanatının ikinci hissəsi dissonans yaradır.

Çox güman ki, bu dissonansı Ermənistanı hərbi-siyasi hərəkətsizlikdən çıxarmaq səylərilə Paşinyan gətirib. Əliyevin tvitindən öncə Paşinyanın Vyanada terror aktı ilə bağlı Facebook səhifəsindəki bəyanatı belə fikir yaradır: “Yeri gəlmişkən, Dağlıq Qarabağ bu müharibənin antiterror cəbhəsidir və burada mübaliğəsiz sivilizasiyanın taleyi həll olunur. Sivilizasiya qalib gəlməlidir. Biz səninləyik, Vyana!”

Beləliklə, erməni baş nazir Türkiyə və Rusiyanın mümkün vasitəçiliyinin üstündən xətt çəkib: müharibə son əsgərə qədər davam edəcək.