Free Azerbaijan

All the news you need and more

Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

Рaylaşımda deyilir:

“Qəhrəman Azərbaycan Ordusu Qarabağdakı əldə etdiyi böyük zəfərdən sonra əldə olunan razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”.