Free Azerbaijan

All the news you need and more

Jurnalist İkram Rəhimov şərti azadlığa buraxılıb

“Realliq.info” saytının baş redaktoru İkram Rəhimov dekabrın 23-də şərti olaraq azadlığa buraxılıb. Bu barədə Rəhimov özü bildirib.

Jurnalist deyib ki, cəzasının üçdə ikisini çəkdiyindən cəzanın qalan hissəsindən şərti olaraq azadlığa buraxılıb. 

İlk olaraq sifarişlə və qanunsuz həbsdə olduğum müddətdə mənə dəstək olan dostlara, həmkarlarıma minnətdarlığımı bildirirəm. Bu gün azadlığa qovuşmağımda əməyi olan insanların hər biri mənim üçün dəyərlidir. Prezidentin keçmiş köməkçisi Əli Həsənov və onun şəbəkəsi – Mətbuat Şurasının idarə heyətinin bir çox üzvlərinin əməllərinin ifşası və onların “yox” olma prosesi artıq başlayıb və yaxın gələcəkdə hamılıqla yeni mübarizənin şahidi olacağıq”, deyə o, facebook səhifəsində yazıb.