Free Azerbaijan

All the news you need and more

Ərdoğan: “Putinin haqqımda dediklərindən məmnunam, o da verdiyi sözə əməl edir”

“Vladimir Putinin mənim haqqımda düşüncələrindən məmnun oldum. Eyni düşüncəni mən də cənab Putin haqqında ifadə edirəm. O da verdiyi sözə əməl edir”.

Вunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyənin hazırda əlaqələrinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri də Rusiyadır: “Ümid edirəm ki, Rusiya ilə siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək”.