Free Azerbaijan

All the news you need and more

Masallı və Salyanda həbslər

Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov saxlanılıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumata görə, İ.Abışov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Baş Prokurorluğun yaydığı digər məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.

Məlumata görə, bu şəxslər də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluq bu həbslər barədə ictimaiyyətə daha geniş məlumat veriləcəyini bildirir.