Free Azerbaijan

All the news you need and more

Dəniz quldurlarının öldürdüyü azərbaycanlı dənizçinin cəsədi Bakıya gətirilib

Nigeriya sahillərində dəniz quldurlarının MOZART gəmisinə hücumu zamanı öldürülən azərbaycanlı dənizçi Fərman İsmayılovun cəsədi Bakıya gətirilib.

F.İsmayılovun cənazəsini gətirən  təyyarə yanvarın 27-də səhər saatlarında Bakı hava limanına enib.

F.İsmayılovun cənazəsi Türkiyənin Qabondakı səfirliyinin dəstəyilə dünən THY İstanbul-Libervil reysilə göndərilib. Təyyarə yanvarın 26-dan 27-nə keçən gecə yerli vaxtla saat 03.30-da İstanbula gəlib.